"Fəlakət"in verilişinə qatılan məşhurlar KORONAVİRUSA yoluxub / AÇIQLAMA

Ötən həftə koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov narazılıq edib.
Redaktor.az xəbər verir ki, sənətçinin son dəfə qonaq qismində qatıldığı veriliş aktyor Elşən Orucovun "Youtube" kanalında yayımlanan “Fəlidən doğru xəbər”dir.
Hazırda özünü pis hiss etdiyini deyən müğənni bunları deyib:
"Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrafonu ağızlarına tuturlar, biz də eyni mikrafondan istifadə edirik. Nəticədə mən yoluxdum. Bayırdan maska ilə gəldik, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım”.
B.Əşrəfov hazırda ev şəraitində müalicə olunur.
Qeyd edək ki, sözügedən verilişə qatılan Xalq artisti Arif Quliyev də koronavirusa yoluxub.
Aysel Hacıyeva / Redaktor.az