Fatimədən Rəqsanəyə sərt sözlər: "Sənin kiməsə..." / VİDEO

 15:20 26.04.2021     613

Tanınmış rəqqasə Fatimə Fətəliyeva müğənni Rəqsanə İsmayılovanı qınayıb. Buna səbəb isə müğənninin Rusiyaya toya dəvət alan sənətçilər haqqında dedikləridir. 

Redaktor.az xəbər verir ki, rəqqasə ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişində ifaçının  fikirlərini düzgün hesab etmədiyini deyib:

“Bu yaxınlarda mən də Moskvaya dəvət almışdım. Xınayaxdı idi, məclisdə qadınlarla bərabər ailənin yaxınları olan kişilər də iştirak edirdi. Məni hörmətlə qarşıladılar, yola saldılar. Mən orada Rəqsanənin dediklərini görmədim, görmədiyim bir şey barədə danışa bilmərəm. Kim nə etsə, öz adına layiq hərəkət edir. Beş barmağın hamısı eyni deyil, hamı pis deyil. Elə dəyərli sənətçilərimiz var ki, ailələri nümunə kimi göstərilir.

Rəqsanənin dediklərindən sonra isə insanlar bizi ailələrinə yaxın buraxmaq istəməyəcəklər. Sabah məni Moskvaya toya çağıranda, mən camaatın üzünə utanaraq baxacam, fikirləşəcəm ki, bunlar bizim hamımızın düzgün yolun adamı olmadığımızı düşünürlər. 

Sənin kiməsə sözün varsa, hərəkətindən xoşun gəlmirsə özünə deməlisən".

Aysel Hacıyeva / Redaktor.az