"Survivor 2021" ilə bağlı qərar verildi

 00:15 27.04.2021     95

"TV8" telekanalında yayımlanan "Survivor 2021" yarışmasının final tarixi bəlli olub.

Redaktor.az xəbər verir ki, proqramın çempionu iyunun 27-də bəlli olacaq.

Verilişin son bölümünün harada çəkiləcəyi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, yarışmada “Məşhurlar” və “Könüllülər" komandasını bir yerə toplayan layihənin rəhbəri "TV8" kanalının sahibi Acun İlıcalıdır. //Axşam.az