Mübariz Mənsumov Baloğlan Əşrəfovdan yazdı - "Dəyərli dostum, əziz qardaşım..." / FOTO

 10:54 27.04.2021     2087

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gecə rəhmətə gedən müğənni Baloğlan Əşrəfov haqda yazıb.

Redaktor.az xəbər verir ki, M.Mənsimov sənətçi ilə birlikdə çəkilən fotosunu paylaşıb.

"Dəyərli dostum, əziz qardaşım! Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım! Azərbaycan incəsənətinə öz imzasını ata bilən qardaşım! Ata və anamın gəncliyi!

O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdəsən. Rahat yat əziz dost, ruhun şad olsun!", - deyə M.Mənsimov yazıb.

Aysel Hacıyeva / Redaktor.az

2
Vumart və Güvən reklamı Vumart Güvən