Nəsrin Cavadzadə “Yasak elma”dan ayrılır

 02:14 28.04.2021     517

"Fox" telekanalında yayımlanan "Yasak elma" serialında növbəti ayrılıq yaşanacaq.

Redaktor.az xəbər verir ki, 4 mövsümdür yayımlanan ekran işinə azərbaycanlı aktrisa Nəsrin Cavadzadə vida edəcək.

Aktrisa 109-cu bölümdə ölərək serialdan ayrılacaq.

Qeyd edək ki, "Yasak elma"nın baş rollarında isə Eda Ece, Şevval Şam, İlber Kaboğlu kimi məşhurlar çəkilir. //Axşam.az