Kanyenin ayaqqabısı rekord məbləğə satılıb - FOTO

 05:50 28.04.2021     215

Dünyaca məşhur milyarder repçi Kanye Uestin ayaqqabısı hərracda rekord məbləğə - 1,8 milyon dollara (təxminən 3 milyon 60 min manat) satılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Londonda yerləşən "Sotheby's" hərrac evinin Tvitter səhifəsində məlumat verilib.

Uest və Mark Smit tərəfindən "Nike" üçün hazırlan idman ayaqqabısı nadir kolleksiya ayaqqabıların alış-satışı ilə məşğul olan “Rares” şirkəti tərəfindən alınıb.

Qeyd edək ki, həmin ayaqqabı repçinin Qremmidəki çıxışından sonra xeyriyyə hərracında Nyu-Yorkda yaşayan kolleksiyaçı Rayan Çanqa satılmışdı.

Bundan əvvəl isə ən baha qiymətə əfsanəvi basketbolçu Maykl Cordanın 1985-ci ildə geyindiyi ağ-qara rəngli “Nike Air Jordan 1” ayaqqabısı ötən il hərracda 560 min dollara satılmışdı. //Axşam.az 

2