Paylaşımlarıyla rekorda imza atdılar - FOTO

 03:15 29.04.2021     323

Maldivdə birgə istirahət edən Kerem Bürsin ilə Hande Erçel sosial şəbəkə paylaşımları ilə rekorda imza atıblar.

Redaktor.az xəbər verir ki, İnstaqramda 7,6 milyon izləyicisi olan aktyorun H. Erçel ilə paylaşımı 2 milyon 300 mindən çox bəyəni toplayıb.

Hande Erçelin aktyor ilə paylaşdığı fotolar isə 2 milyon 900 mindən çox bəyəni yığıb.

Türkiyənin ən çox izlənən aktrisası olan Hande Erçelin izləyici sayı 700 min artaraq 21 milyona çatıb. //Axşam.az