ABŞ-a köçən Elariz Məmmədoğlundan yeni xəbər var - VİDEO / FOTO

 11:03 30.04.2021     939

“Green Card” ("Yaşıl kart") qazandıqdan sonra daimi yaşayış üçün ABŞ-a köçən Elariz Məmmədoğlu yaradıcılıq fəaliyyətini burada davam etdirdiyini bildirib. 

Müğənni Redaktor.az-a açıqlamasında bildirib ki, Bakı üçün hər zaman darıxır: 

“Klip çəkdirdiyim “Amerika rodnaya” mahnısında da bu barədə oxumuşam. Buradakı bütün azərbaycanlılar öz vətənini sevir və darıxır"

Elariz Məmmədoğlu əlavə edib ki, hazırda pandemiya ilə bağlı Bakıya gəlmək imkanı yoxdur:

"ABŞ-da restoranlar açılıb, fəaliyyətimizə davam edirik. Hər həftə sonu azərbaycanlılara aid olan “Baku nights” restoranında şou proqram ilə çıxış edirəm. Məhs mənə qulaq asmaq üçün digər ştatlardan bu restorana gəlirlər".

Aysel Hacıyeva / Redaktor.az

22
Vumart və Güvən reklamı Vumart Güvən