"Yanıma çörək qoyub yatırdım" - Cüneyt Arkın

 02:14 01.05.2021     456

"Yeşilçam" ulduzu Cüneyt Arkın sosial şəbəkədə gənclik fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, aktyor şəklə "Çox yaxşı yaşamısınız" şərhini yazan izləyicisinə belə cavab verib:

"Tibb fakültəsində oxuyarkən, iki il otel otağımı inşaat işçiləri ilə paylaşmışam. Məktəbə gedirdim, qalan vaxtımda isə inşaatda işləyirdim. İlk maaşımda çörək zavoduna gedib, bütün puluma çörək aldım. Çörəyi görəndə aclıq qorxum gedirdi, hüzurlu olurdum. İllər sonra da qaldığım otellərdə yanıma çörək qoyub, ancaq ona baxıb yatırdım".