Daha bir serial eşqi gerçək oldu

 07:30 01.05.2021     1246

Bu ilin martında prodüser əri Altuğ Gültandan boşanan aktrisa Melike İpek Yalovanın yeni sevgilisi olduğu iddia edilib.

Redaktor.az bildirir ki, aktrisa "Bir zamanlar Çukurova" serialındakı tərəf müqabili Furkan Palalı ilə eşq yaşayır. Onlar haqqında bu xəbərlər çəkiliş meydanından edilən dedi-qodulardan sonra yaranıb.

Ötən gün Palalının Melikenin ad günü münasibətilə "Doğum günün mübarək, canım partnyorum" sözlərini yazaraq instaqram hesabında aktrisa ilə fotosunu paylaşması onlar haqqında yayılan xəbərləri təsdiqləyib.

 

//Axşam.az