“Səs Uşaqlar” müsabiqəsinin final gecəsi keçiriləcək - VİDEO

Bu gün yüzlərlə iştirakçısı, milyonlarla tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsinin final mərhələsi keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən yayımlanacaq.
“Səs Uşaqlar”ın qalibini məhz tamaşaçılar müəyyən edəcək. Mayın 2-si saat 21:00-da İctimai TV-dən uşaqların səsi gələcək.