Koronavirusa yoluxan Mətanət İsgəndərlidən YENİ XƏBƏR

 14:58 11.05.2021     1125

Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlinin səhhəti yaxşılaşır.

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan sənətçinin vəziyyəti düzəlib:

“Hər gün xəstəxana ilə danışıram. Hazırda durumu yaxşıdır. Müalicə alır. Ağır günləri geridə qoydu. Mətanət İsgəndərli ölümdən döndü”.

Qeyd edək ki, M.İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib. //Axşam.az