"Eurovision 2021" qalibi narkotik testindən keçdi - NƏTİCƏ

 00:17 25.05.2021     322

"Eurovision 2021"in qalibi "Maneskin" qrupunun üzvü David Damiano bu gün narkotik testindən keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb. Bildirilib ki, ifaçının "Yaşıl otaqda"  narkotik maddə qəbul etməsi ilə bağlı iddialar özünü doğrultmayıb: 

“Yarışmanın finalında "Yaşıl otaq"da Damianonun narkotik maddə istifadəsi haqda şübhələrə görə Avropa Yayım Birliyi və İtalya nümayəndə heyətinin istəyi ilə yoxlama həyata keçirildi. Bu gün qrupun solisti də könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu".

Qeyd edək ki, İtaliya 524 xalla "Eurovision 2021"in qalibi olub.