Namiq Qaraçuxurlu ilə bağlı ŞOK XƏBƏR...

 11:25 25.05.2021     1132

Meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğun qurbanı olub.

Redaktor.az xəbər verir ki, sənətçi bu haqda “Instagram” hesabında məlumat verib. Namiq, məhsul sifariş verdiyi onlayn alış veriş səhifələrindən birinin onu aldatdığını bildirib:

“Əziz izləyicilərim, sizdən bir xahişim var. Bu, səhifə guya mal sifarişiylə məşğuldur.

Əslində isə işi dələduzluqdur. Məhsul sifariş verirsən, pulu kartına köçürürsən və adam yoxa çıxır.

Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var.

Başqalarının da zərər görməməsi üçün birləşərək bu səhifəni şikayət edib və bağlatdırmaq lazımdır.

Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”. //Baku.ws