“Azerçay” məşhur “Çukur” serialında - VİDEO

 00:28 26.05.2021     260

Bütün dünyada sevilən Türkiyənin ən reytinqli serialı, illərdir yerli tamaşaçılarla yanaşı azərbaycanlı izləyicilərin də maraq dairəsində olan “Çukur”un son bölümündə “Azerçay”a da yer verilib.

Redaktor.az xəbər verir ki, serialın bir səhnəsində Mədət personajı əsas qəhrəmanlardan olan Vartoluya “Azerçay”ın dəmli buket növlü çayını verir və bunun qardaş ölkə Azərbaycandan göndərildiyini deyir. Vartolu isə çayı içdikdən sonra çox bəyəndiyini, çaya görə azərbaycanlı qardaşlara təşəkkürünü bildirir.

Qeyd edək ki, 100 faiz təbii olan doğma “Azerçay” markası dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır və qürur qaynağıdır. //Axşam.az 

22
Vumart və Güvən reklamı Vumart Güvən