"Su pərisi"nin qəhrəmanı ölüb

Amerikalı aktyor-müğənni Samuel E. Rayt vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
74 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Samuel E. Rayt 1987-ci ildə "Su pərisi" cizgi filmindəki Sebastyan (xərçəng) obrazını səsləndirdikdən sonra böyük şöhrət qazanmışdı. //Axşam.az