Demet Akalın Samirəylə duet oxuyacaq - VİDEO

 05:24 27.05.2021     147

 

Türkiyəli müğənni Demet Akalın bu il Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi ilə duet oxuyacaq.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsində Samirənin saç və makiyajı üzərində çalışan məşhur stilist Anar Ağakişiyev "10-da görüşək" proqramında danışıb. O, azərbaycanlı müğənninin Türkiyənin bir neçə meqastarı ilə iş birliyinin olacağını bildirib.

Qeyd edək ki, Demet Akalın "Eurovision 2021"in final mərhələsində xaricdə yaşayan dostlarından Samirə Əfəndi üçün səs istəmişdi.