Bred Pitt Ancelina Coliyə qalib gəlib

 06:30 28.05.2021     137

Hollivud ulduzu Bred Pittlə Ancelina Coli arasındakı övladlarına görə 5 ildir davam edən məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, 57 yaşlı aktyor Coliyə qalib gəlib. Aktyorlar uşaqlar üzərində bərabər hüquq qazanıblar.

Bu duruma məmnun olduğunu deyən Pitt artıq uşaqları ilə çox vaxt keçirəcəyi üçün sevindiyini söyləyib. Bundan sonra Coli və Bred uşaqlarla bağlı qərarları birlikdə verməli olacaqlar. Hakimin qərarı ilə razılaşmayan Ancelina yenidən şikayət verəcəyini deyib. O, övladlarının Bredlə görüşməsini istəmir.

Qeyd edək ki, cütlüyün 6 övladı var. Onlardan üçünü aktyorlar övladlığa götürüb, digər üçü isə biolojidir. //Axşam.az