Bred Pittin yeni sevgilisi kimdir? - FOTO

 10:30 31.05.2021     218

Hollivud ulduzu Bred Pitin aktrisa və müğənni Andra Dey ilə eşq yaşadığı barədə şayiələr gəzir.

Redaktor.az bildirir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, cütlük arasındakı yaxın münasibətlər “Oskar” mərasimindən başlayıb. A.Dey “Birləşmiş Ştatlar Billi Holideyə qarşı” filmindəki baş roluna görə mükafata namizəd göstərilib.

İddialara əsasən, mərasim zamanı 57 yaşlı ulduz aktyor səhnə arxasında müğənni ilə söhbətləşib, ona telefon nömrəsini verib. 

Xatırladaq ki, bir qədər öncə B.Pitin ailəli model Nikol Poturalski ilə münasibətdə olduğu, lakin üç aydan sonra ayrıldığı deyilirdi. //Oxu.az

2