Elgiz Əkbərin atası oteldə bıçaqlanıb - VİDEO

 12:47 02.06.2021     1218

"ARB TV"-nin “Onun Sirri” verilişinin növbəti qonağı teleaparıcı Elgiz Əkbər olub.

Redaktor.az xəbər verir ki, tanınmış aparıcı atasının hoteldə bıçaqlanmasından danışıb:

“Atam yaxın bir qohumumuzla Rusiyadan kərpic gətirməyə getmişdi. Onun diplomatında pul olub. Oteldə qalanda pulun onda olduğunu biliblər. Atamın otağına girib pulu götürəndə, o, ayılıb. Orada ona 8 bıçaq zərbəsi vurmuşdular”.