Ramiz Əzizbəylinin qızı: "Atamın 20-30 faiz yaşamaq şansı var" - AÇIQLAMA

Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasının vəziyyətinin ağır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, aktyorun qızı həkimlərin əllərindən gələni etdiklərini deyib:
“Atamın vəziyyəti ağır olaraq qalır. Şükür Allaha ki, komada deyil, sadəcə ağır olduğuna görə reanimasiyaya yerləşdirilib. Hələ nə qədər xəstəxanada qalacağı barədə bir məlumatımız yoxdur. Bizim əlimizdən dua etmək gəlir. Həkimlər ümid verirlər ki, 20-30 faiz yaşamaq şansı var”.
Qeyd edək ki, Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl isə infakt keçirib. Xalq artisti hazırda Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitaldadır.
Aysel Hacıyeva / Redaktor.az