Şeyma Subaşı iş adamı ilə evlənəcək

Türkiyənin tanınan siması Acun İlıcalıdan ayrılan Şeyma Subaşı özünə toy edəcək.
Redaktor.az bildirir ki, misirli biznesmen Muhammed Alsaloussidən evlilik təklifi alan Şeyma iyulda İbizada nikah masasına əyləşəcəyini bildirib. Hamilə olduğu iddia edilən Şeyma qeyd edib ki, növbəti dəfə ana olmağa hazırlaşmır:
"Hamilə deyiləm, evlənmədən olmaz".
Qeyd edək ki, Şeyma Subaşının daha öncə evli olduğu Acun İlıcalıdan nikah bağlamadan əvvəl Melisa adlı qızı dünyaya gəlmişdi. //Lent.az