Seren Serengil təcili əməliyyata alındı

 22:06 07.06.2021     404

Aparıcı Seren Serengil təcili əməliyyata alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun sevgilisi Mustafa Tohma sosial şəbəkədə məlumat verib. O, aparıcının öd kisəsinin çıxarılacağını bildirib:

"Daha əvvəl keçirdiyi mədə əməliyyatlarına görə öd kisəsi işləmirdi. Su içməməsi səbəbindən də böyrəklərdə yaranan daşlar kanalların yolunu kəsib". //Axşam.az