Ağadadaş Ağayev yenidən əməliyyat olunub - FOTO

 10:44 09.06.2021     473

Xalq artisti Ağadadaş Ağayev ötən gün İstanbulda üçüncü dəfə əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat  davam edib.

Türkiyənin ən məşhur həkimlərinin iştirak etdiyi əməliyyatdan sonra sənətçi özünü yaxşı hiss edib:

"Çox şükür ki, tanrı dualarımızı eşitdi, elin sənətkarı əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir".

 

22