Ramiz Əzizbəyli harada dəfn olunacaq? - AÇIQLAMA

 11:08 10.06.2021     435

Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.