"Düşünürdük evə sağalıb qayıdacaq" - Nurlan Əzizbəyli

 12:59 10.06.2021     358

Bu gecə müalicə olunduğu xəstəxanada koronavirusdan dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin sənət yoldaşları yaşadığı binanın qarşısına toplaşıblar. 

Redaktor.az xəbər veri ki, mərhum sənətçinin qardaşı oğlu Nurlan Əzizbəyli bildirib ki, R.Əzizbəylinin nəşi hələ ki, "Semaşko" xəstəxanasındadır:

"Mədəniyyət Naziliyi cavab verdi ki, əmim "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Ümidlərimiz çox idi, özümüzü inandırırdıq ki, əmim sağalacaq evə qayıdacaq. Amma elə olmadı, bir həftəyə yaxın idi huşu özündə deyildi, heçkimi tanımırdı. Həkimlər əllərindən gələni etdilər". 

Aysel Hacıyeva / Redaktor.az