Ramiz Əzizbəylinin qızı da koronavirusa yoluxub

 12:14 10.06.2021     241

Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə mərhum aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib.

"Əmimdən sonra Xədicə də koronavirusa yoluxdu, amma artıq sağalıb, hazırda səhhəti yaxşıdır. Müalicəsi bitdikdən sonra evə buraxılıb".

Xatırladaq ki, 3 ildir yataq xəstəsi olan R.Əzizbəyli bir müddət öncə koronavirusa yoluxmuşdu. O, xəstəxanada olduğu zaman infarkt keçirmişdi.