Kübra Əliyeva verilişlərə çıxmaq üçün qonorar istəyib

 22:30 12.06.2021     295

Əməkdar artist Kübra Əliyeva da telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün qonorar istəyib.

Redaktor.az xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, proqrama gəlmək vəsait tələb edir: 

"Rahat geyinməyi sevirəm. 73 yaşım var. Bütün kanallar çağırır, getmirəm. Verilişə gedəndə qaçmalıyam makiyaja, saça, geyimə. Bir kanal mənə qonorar ödəyir. Bu kanal da ödəsə, yaxşı olar. Gəlirik, verilişin reytinqini qaldırırıq. Üsyan edirik, niyə qonorar almayaq? Aparıcının cibində pul olmaya bilər, amma kanalında var. Həqiqətən biz gələndə pul ödəsinlər". //Axşam.az