"Camdakı kız"ın gəlinliyinin QİYMƏTİ AÇIQLANDI

 22:40 13.06.2021     260

Mövsüm finalı edən "Camdaki kız" serialında Nalan obrazını canlandıran Burcu Biriciyin geyindiyi gəlinlik paltarına böyük maraq yaranıb.

Redaktor.az xəbər verir ki, kral ailəsinin üstünlük verdiyi parçadan hazırlanan libasın qiyməti 43 min lirədir (8600 manat). Geyimi hazırlayan atelyenin telefonları bu günlərdə susmur. Mərkəzin rəhbəri bildirib ki, hər kəs gəlinliyi görüb, geyinmək istəyir.

Nalanın gəlinliyini svarovski qaşlarla hazırlanan tac, daşlarla işlənən fata tamamlayıb. Modelyer bildirib ki, paltar Burcunun ölçülərinə uyğun tikilib. //Axşam.az