Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarıb? - AÇIQLAMA

 17:12 14.06.2021     332

Əməkdar artist Nigar Şabanova nişanını atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, o, yayılan xəbərləri təkzib edib və şayiə olduğunu bildirib:

“Mən heç bir mətbuat orqanına elə açıqlama verməmişəm. Sübut etsinlər ki, nişanı qaytarmağımla bağlı nəsə demişəm. Heç bir müxbirə elə məlumat verməmişəm.

Səhər tezdən oyanandan bu xəbərləri eşitdim, hələ də özümə gələ bilmirəm. O məlumatlar düzgün deyil. Elə bir xəbər yoxdur”.

Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl XTQ giziri ilə nişanlanıb. Cütlüyün toyu pandemiyadan sonraya planlaşdırılır. //Baku.ws