Nazilə 22 ildən sonra ana olacaq? - AÇIQLAMA

 23:41 14.06.2021     241

Şairə Nazilə Səfərlinin 22 ildən sonra ana olacağı ilə bağlı xəbərlər yayılıb. Onun müayinə üçün ginekoloq Natiq Məhərrəmova üz tutduğu söylənilib.

Redaktor.az xəbər verir ki, şairə Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

“Bu məlumatı onlara kim və hardan sızdırıb, bilmirəm. Mən ailəm və şəxsim haqqında belə xəbərlərin yayılmasının əleyhinəyəm. Ana olanda da olacam. Sağlam insanam. Lakin belə xəbərlərin yayılmasını sevmirəm. Onlara  məlumat haradan sızdırılıb? Bununla bağlı tədbir görəcəm”.

Qeyd edək ki şairənin iki böyük yaşda övladı var.