Aktrisanın boşandığı ərinin dostları ilə əyləncə FOTOLARI

 15:25 15.06.2021     267

Mart ayında yeddi illik evliliklərini sonlandıran türkiyəli məşhur aktrisa Nur Fəttahoğlu və biznesmen Levent Vəziroğlu birgə tətilə çıxıblar.

Redaktor.az xəbər verir ki, keçmiş əri Vəziroğu və dostlarından ibarət qrupla Bodrumda dincələn Fəttahoğlu obyektivlərə tuş gəlib.

Razılıqla boşanan cütlüyün eyni evdə qalmaları diqqət çəkib.

Qeyd edək ki, 2013-cü ildə sadə mərasimlə evlənən cütlük birinci dəfə 2015-ci ildə boşanıb. Məhkəmənin qərarından sonra peşman olub barışan Vəziroğlu və Fəttahoğlunun 2016-cı ildə qızı dünyaya gəlib. //Oxu.az

2222