Məşhur aktrisa motosiklet qəzasında öldü

 19:00 15.06.2021     284

Aktrisa Lisa Banes vəfat edib.

Redaktor.az xəbər verir ki, 65 yaşındakı Banesi iyunun 4-də Nyu-Yorkda motosiklet vurub qaçıb. Ağır yaralanan sənətçi xəstəxanaya yerləşdirilib.

Beyin travması alan Banes 10 gündür həkim nəzarətində idi. Müdaxilələrə baxmayaraq aktrisanı xilas etmək mümkün olmayıb.//Axşam.az