Məhkəmə qərar verdi - HƏBS CƏZASI

 19:16 15.06.2021     286

Məşhur futbolçu Emre Aşık üç övladının anası Yağmur Aşıkı məhkəməyə verərək ona qarşı dələduzluq etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, oyunçu eyni zamanda keçmiş xanımının başqa kişilərlə gəzdiyini iddia edib. 2019-cu ildə qalmaqallı boşanan cütlük arasında qalmaqal bitmir.

Yağmurun çalışdığı otelə gedən Emre arvadının onu hədələdiyini bildirib. Futbolçi Aşıkın keçmiş sevgilisi Erdi Sungur ilə onu öldürməyi planlaşdırdıqlarını söyləyib.

Məhkəmə ilk əvvəl uşaqların qəyyumluğunu anaya vermiş, atadan ayda 10 min lirə təzminat istəmişdi. Emre daha sonra məhkəməyə müraciət edərək arvadının uşaqları döydüyünü iddia edib. Hakim üç uşağın vəlayətini müvəqqəti ataya verib.

Növbəti məhkəməyə Yağmur sevgilisi Beycan Şenürek ilə birlikdə qatılıb. Emre Aşıkın ona yaxınlaşa bilməməsi üçün məhkəmə qərarı çıxartdırmışdı. Amma Yağmur bu qərara əməml etməyib. Buna görə də hakim Aşıkın 3 gün həbsinə qərar verib.//Axşam.az