Rəhim Rəhimli vəfat edib? - "Allah sənə rəhmət eləsin!" / VİDEO

 10:38 21.06.2021     1574

Tanınmış müğənni Roza Zərgərli ilə həmkarı Rəhim Rəhimli arasındakı qalmaqal daha da böyüyüb.

Redaktor.az xəbər verir ki, R.Rəhimin dediklərinə R.Zərgərli "ATV maqazin onlarla" verilişində cavab verib. O, həmkarının ünvanına təhqirlər səsləndirib:

"Rəhimlə dostumuz, rəhmətlik Rüfətin klipində bir olmuşuq. İllər boyu görüşmüşük, nə oldu? Yadında deyil, evinə gələndə? Xaricdə yaşayırdın, yeni qayıtmışdın. Nə klipin, nə obrazın var idi. Mahnı satıb dolanırdın. Sənin də ehtiyacın var idi, evinə girdim, sağ tərəfində otaq, solda fortepiano var idi. Anan çay da süzdü, şirniyyat da qoydu. Deyir ki, Roza ilə səhnə bölüşməmişəm. Sonra anlayır ki, Rozanın konsertində olub. Cəsarəti var, etiraf etdi ki, ara qarışdırmışam. Bunu bəyəndim. Yaxşı dost idin musiqiçiləri qızışdırmazdın. Deyərdin, dostumun pulu yoxdu, ödəyim. Zəng edib deyərdin ki, Roza, narahat olma, həll etdim. Olmayan borcumu indi ödəyirsən? İki il keçib, gecikmisən.

O nə oyun, tamaşa idi? Şekspir ağlayır sənin üçün. Səmimi deyilsən, səmimi olsaydın dostluq etməyi bacarardın. Yaxşı oğlan olsaydın, sənətçi dostların sənlə sona kimi dostluq edərdi. Ölüyə də, diriyə də rəhmət düşür. Sən diri-diri rəhmətsən. Allah sənə rəhmət eləsin".

Qeyd edək ki, Rəhim Rozanın illər əvvəl verdiyi konsertdə musiqiçilərin qonorarını ödəmədiyini deyib. "Çox konsertlərin siyahısını mən yazıram. Ora Rozanı salmaram. Həyatımda Rozanı dörd dəfə görmüşəm. Mənim evimdə olmayıb" sözlərini əlavə edib. /Axşam.az