Vüsalə Əlizadənin DƏBDƏBƏLİ BAĞ EVİ - FOTO

 12:01 02.07.2021     177

Məşhur aparıcı Vüsalə Əlizadə ilk dəfə dəbdəbəli bağ evini nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, reportaj Vüsalə Əlizadənin aparıcılıq etdiyi "7 canlı" verilişində təqdim edilib.

Doğum gününü qeyd edən aparıcının anası bu sözləri deyib: "Onun arzusu qızını böyüdüb xoşbəxt etməkdir. Necə ki, mən balalarıma və Vüsaləyə baxıb fəxr edirəm. Qızım səhhəti ilə bağlı problem yaşayıb, 18 ildir.

Xəstələnmişdi və başqa ölkəyə apardıq, çarəsi tapıldı. Həmişə qızıma deyirdim ki, Allah sevdiyi bəndəsini sınağa çəkər. Hər şey yaxşı olar. Qızı Diləyə baxır, ruhlanır. Özü də deyir ki, mama, Dilək üçün yaşayıram".

Qeyd edək ki, Vüsalə Əlizadə böyrək əməliyyatı keçirib. O, anasının böyrəyini daşıyır.

2222