Coli özündən 15 yaş kiçik müğənni ilə sevgildir?

 19:00 02.07.2021     114

46 yaşlı Hollivud ulduzu Ancelina Coli Los-Ancelesdəki restoranların birində 31 yaşlı The Weekend təxəllüslü müğənni Abel Makkonen Tesfaye ilə nahar edərkən görüntülənib.

Redaktor.az xəbər verir ki, bəzi mənbələr görüşdən sonra onların eşq yaşadığı ilə bağlı məlumatlar yayıb.

Aralarındakı 15 yaş fərqi səbəbindən bu münasibət hər iki məşhurun pərəstişkarları tərəfindən müsbət qarşılanmayıb.

Qeyd edək ki, Colinin keçmiş həyat yoldaşı Bred Pitt məşhur müğənni-aktrisa Andra Deylə sevgilidir. //Axşam.az.