Dollarları əvvəl dənizə, sonra unitaza atdı

 15:26 03.07.2021     380

ABŞ-ın məşhur repçisi Kodak Blak bu dəfə dənizə dollar səpməsi ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, 100 dollarları dənizə və ayaqyoluna atan musiqiçi həmin an lentə alınan görüntüsünü sosial şəbəkədə paylaşıb.

Silahlı soyqun, cinsi istismar, narkotik satışı, sənədsiz silah daşıma kimi günahlardən dəfələrlə polis tərəfindən saxlanılan, əsil adı Bill Kahan Kapri olan repçi tənqid olunub. O, pulları atarkən söyüş söyərək, "Heç kimə borclu deyiləm" ifadələrini işlədib. .//Axşam.az.