Məşhur modellərin gözəllik sirrləri

 16:25 03.07.2021     131

Sağlam yaşamaq immunitet sisteminizi gücləndirdiyi qədər dəri, saç və dırnaqlarınızın gözəlliyi üçün də faydalıdır.

Redaktor.az xəbər verir ki, bu həqiqəti bilən məşhur modellər dərilərinin və bədənlərinin gözəlliyini qorumaq üçün sağlam qidalanmağa üstünlük verirlər.

Məşhur model Miranda Kerr sağlamlığını qorumaq üçün aktiv olmağa çalışdığını söyləyir. Onun sözlərinə görə, daim pəhriz saxlayır və gün ərzində çoxlu su içərək dərisinin nəmliyini qorumağa çalışır. Bədəninin gözəlliyini saxlamaq üçün daim idman edən Miranda 13-14 ildir yoqadan yararlandığını deyir. Xanımlara gimnastika ilə məşğul olmağı tövsiyə edən Miranda bütün bunlara əməl edilərsə, həm sağlam, həm də gözəl bədənə sahib olmağın asanlığını vurğulayır.

Rouzi Hantinqton Uaytli isə heç vaxt pəhriz saxlamadığını deyir. Onun sözlərinə görə, çəkisinin artdığını gördükə karbohidratdan və şirniyyatdan uzaq durur. Model bildirib ki, təbii qidalardan istifadə etməklə həm daha sağlam ola bilərsiniz, həm də artıq çəkilərdən azad olarsınız.//Axşam.az.