"Mənə baxıb arıqlamayın" - SEREN SERENGİL

 18:20 03.07.2021     113

Etdirdiyi mədəkiçiltmə əməliyyatından sonra 70 kiloqramdan 46-ya düşən müğənni Seren Serengil peşman olub.

Redaktor.az xəbər verir ki, hər gün çəki itirən sənətçinin səhhətində ciddi problemlər yaranıb.

"İndi mənə 100 kiloqram olacaqsan keçmişə qayıt desələr, qayıdaram" deyən Seren gözəlliyin heç kimə şans gətirmədiyini deyib.

Serengil sevənlərinə məsləhət verib. O bildirib ki, artıq çəkilərindən utanmasınlar:

"Köklükdən nifrət edirdim, hələ də edirəm. Amma indi desələr, keçmişə qayıt qayıdaram. Gözəl olduq nə oldu? Qiymətim bilindi? Bir çirkin şansı gerçəyi varsa, ona uyaq. Mənə uyub əməliyyat etdirməyin. Rəqiblərimin çimərlik geyimində fotolarını görəndə deyirdim onlar kimi olacaq. Xəstəliyiniz yoxdursa idman və pəhrizlə arıqlayın". //Axşam.az.