Tolikə ağır itki

 08:44 04.07.2021     131

Prodüser Tarix Əliyevə (Tolik) ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, onun analığı, atasının ikinci həyat yoldaşı dünyasını dəyişib.

"Həyat çox qəribədir. Atamın ölümündən 5 aydan bir neçə gün keçib. Bir neçə saat əvvəl 21 ilik həyat yoldaşı, bacımın anası, mənə uşaqlıqdan baxan analığım qəflətən rəhmətə getdi. Doğma anam olmasan da mənim üstümdə əziyyətin olub, halal elə mənə ana. Sən məni dünyaya gətirməmisən, amma mənim neçə il əziyyətimi çəkmisən. Koronavirus oldum, gecə-gündüz başımın üstündə dayandın. İstəyin atamın yanına tez getmək idi. Allah sizi qovuşdurdu", deyə Tolik sosial media hesabında qeyd edib. //Axşam.az.