Şeyma misirli sevgilisi ilə barışıb

Türkiyənin məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussi ilə barışıb.
Redaktor.az xəbər verir ki, bir yaxtada dostları ilə əylənən Şeyma barmağında Mohammedin aldığı üzüklə diqqət çəkib. O, rəqs edərək üzüyünü göstərməyə çalışıb.
Məclisdə iş adamının olması da diqqətdən qaçmayıb. Təkdaş üzüyünü də yenidən taxan Subaşı xoşbəxtliyini rəqs edərək göstərib. //Axşam.az.