Aşıq Namiq qarğış etdi: "Allah onun evini yıxsın..." - KƏRAMƏT BÖYÜKÇÖLLƏ DAVA

 12:06 05.07.2021     282

Aşıq Namiq Fərhadoğlu sosial mediada fəaliyyəti barədə danışıb.

Redaktor.az xəbərinə görə, o, Feysbuk profilindəki paylaşımlarda yer alan hərf səhvləri ilə bağlı suallara cavab verib.

"İnstaqramda çox aktivəm. Amma Feysbuk işlətmirəm. Bəlkə, 10 dəfə profil açmışam. Telefon itib, şifrələr yaddan çıxıb, hesabları kim işlədir bilmirəm. Hərf səhvləri ilə paylaşım edənlər, məni gözü götürməyənlərdir. Allah onun evini yıxsınmı, tiksinmi deyim, hamısı Kəramət Böyükçölün oyunlarıdır".