Aktrisa ona təcavüz edən atasını həbs etdirdi

 14:49 05.07.2021     264

Türkiyənin məşhur “Sen çal kapımı” serialında çəkilən aktrisa Melisa Döngel atasını məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, buna səbəb atasının onu cinsi istismara məruz qoymasıdır.

Aktrisanın şikayətindən sonra atası tutularaq həbs olunub. Anası Döngelin 17 yaşlı bacısına baxmaq istəmədiyini söyləyib. Bundan sonra atası övladının ona verilməsini tələb edib.

Lakin Melisa “Atam bacıma da mənə etdiklərini edəcək, onu heç kimə vermirəm” deyə atasının bu istəyini rədd edib.

Atasının təcavüzə məruz qalan aktrisa yaşadığı travmaya görə psixoloji müalicə aldığını da etiraf edib. //BAKU.WS