İlk dəfə Benlə olan sevgisindən danışıb

 00:39 07.07.2021     464

Müğənni Cennifer Lopez yenidən eşq yaşamağa başladığı Hollivud ulduzu Ben Affleklə olan münasibəti haqda ilk dəfə müsahibə verib.

Redaktor.az xəbər verir ki, sənətçi hazırda həyatının ən yaxşı dövrünü yaşadığı bildirib:

"Çox xoşbəxtəm. Bilirəm ki, insanlar mənimlə bağlı maraqlanırlar. İndi olduğu qədər heç vaxt özümü yaxşı hiss etməmişəm. Biganə olmadığım və mənə biganə yanaşmayan hamıya demək istəyirəm ki, özümü yaxşı vəziyyətə çatdırmışam".

Qeyd edək ki, Cey Lo bir neçə ay əvvəl nişanlısı Aleks Rodrigezdən ayrılıb. O, Ben Affleklə 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar artıq övladlarını da biri-biri ilə tanış ediblər. //Axşam.az.

Vumart və Güvən reklamı Vumart Güvən