Atası tərəfindən zorlanan aktrisa: "Anam mənə inanmadı"

 07:09 07.07.2021     125

Atası tərəfindən təcavüzə məruz qalan aktrisa Melisa Döngelin məhkəmədə danışdığı detallar ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, aktrisa dəfələrlə intihara təşəbbüs etdiyini deyib:

"Atam tez-tez peşəmi itirməyimlə, məktəbə getmək qadağasıyla məni təhdid etdirdi. Özümü dəfələrlə öldürməyə çalışmışam. Neçə dəfə xəstəxanaya aparılmışam, xatırlamıram. Sonra peşman oldum. Evdə qalmamaq üçün ancaq işləyirdim. Məruz qaldığım istismarı təkcə anama yox, dostlarıma da danışmışam. İlk istismara tam orta məktəbdə təhsil alarkən məruz qaldım. Anam mənə inanmadı, "Polisə getmə, atanı sərbəst buraxarlar olan sənə olar, səni öldürər" dedi. Anam və atam gözümün qabağında evliliklərini davam etdirdi".

Melisa Döngel uşaqlığını yaşaya bilmədiyini və ana olmağa qorxduğunu dilə gətirib:

"Bundan sonra necə ana olacağam? Necə evlənəcəyəm? Bir gün qızım olsa, atası ilə necə tək qoyacağam".

Qeyd edək ki, aktrisanın hadisədən sonra atası həbs olunub, anası digər qız övladına baxa bilməyəcəyini deyib. Melisa hazırda atasından bacısının vəlayətini almaq üçün məhkəməyə müraciət edib. //Axşam.az.