Keçmiş sevgilisi Nəsrinlə barışmaq istəyir

Türkiyəli aktyor Gökhan Alkan aktrisa sevgilisi Nəsrin Cavadzadə ilə ayrılmasından danışıb.
Redaktor.az xəbər verir ki, o, “Sabah” qəzetinə açıqlamasında münasibətlərinin davam etməsini istədiyini bildirib.
G. Alkan ona verilən “şəkilləriniz hər ikinizin sosial şəbəkəsində qalır, bu eşq davam edir” sualına “könül istəyir ki, davam etsin” deyə cavab verib.
Xatırladaq ki, cütlük “Yasak elma” serialının çəkilişlərində tanış olmuşdu. Onlar ötən ilin noyabrında instaqramda fotolarını paylaşaraq sevgili olduqlarını elan etmişdilər. Daha sonra bir-birinin ailəsi ilə tanış olmuş, pandemiyadan sonra evlənəcəklərini bildirmişdilər. Bu ilin mayında isə ayrıldıqları barədə məlumat yayılmışdı. //Qafqazinfo.az.