TƏCİLİ: Zümrüd Bədəlova ağır yol qəzasına düşüb - VİDEO

 10:14 07.07.2021     230

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib.

Redaktor.az xəbər verir ki, aparıcı maşınını yol kənarına verib saxlamaq istəyən zaman digər avtomobil onunla toqquşub.

Bu haqda Zümrüd şəxsi “Instagram” hesabında məlumat verib. O, baş verən qəza ilə bağlı bunları yazıb:

“Qəza keçirdiyim xəbəri doğrudur. Özümü yaxşı hiss etmədim. Maşınımı sağda saxladım. Qırmızı avtomobildəki sürücü, deyəsən, yatmışdı, mənim maşınımı görmədi və qəza baş verdi. Ölmədim, sağam, çox şükr”, - deyə Zümrüd bildirib.

Qeyd edək ki, qəza zamanı Bədəlovanın üzündə və başında ağrılar olub. //Baku.ws