Aşıq Namiqin övladı var? - AÇIQLAMA

Tanınmış aşıq Namiq Fərhadoğlunun bir övladının olduğu üzə çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə aşıq “Həmin Zaur” proqramında danışıb. Aparıcı Zaur Kamal ondan nə vaxt evlənəcəyini soruşub. N.Fərhadoğlu isə bunları söyləyib:
“Pandemiya bitsin evlənərəm. Hazırda 38 yaşım var. Bilirsiniz ki, 40-50 yaşında da ailə həyatı quran olur”.
Z.Kamal isə onun bir övladının olduğunu bildirib. N,Fərhadoğlu isə bu barədə danışmaq istəməyib.
“Sənə nə dəxli? Onu Lətafət xanımın verilişinə gələndə danışaram. Sənin verilişin şou ilə əlaqəlidir. Şəxsi həyat özəl qalmalıdır”. //Sherg.az.