"Qadın kimi xoşbəxt deyildim" - OKSANA RƏSULOVA

 05:21 08.07.2021     203

Rəqqasə-aktrisa Oksana Rəsulova şəxsi həyatı barədə danışıb.

Redaktor.az xəbər verir ki, aktrisa "Söz baz" verilişində illər əvvəl daha çox gündəmdə olsa da, qadın kimi xoşbəxt olmadığını bildirib:

"Həmin dövrlərdə mən gündəm ola-ola xoşbəxt insan deyildim. Ana ola bilmirdim. Bir çox şeylər var idi. İnsanlar yalnız onun bir üzünü görürürdülər, amma iç üzümüzü görmürdülər. İndi tək deyiləm, övladım da var. Yalnız olsaydım, çoxdan deyərdim ki, bu belədir. Bir az çəkinirəm, səhvlər buraxmışam, onları düzəltmək istəyirəm. Çünki artıq öladım var, başqa cür yaşamalıyam. Həm onun, həm də özüm üçün". //Axşam.az.